Bu qaydalar Online Test platformasında təqdim olunan rəqəmsal sınaq paketlərinin istifadə müddətini, xidmətin başa çatması və erkən imtina şərtlərini tənzimləyir.
Xidmət təminatçısı: Fərdi sahibkar Xıdırbəyli Vüqar Cavid oğlu
VÖEN: 1008448912
Ünvan: Fuad İbrahimbəyov küçəsi 9A, Bakı, Azərbaycan
E-poçt: info@onlinetest.az
Telefon: 050 325 82 22
Online Test platformasında təqdim olunan paketlər 30 təqvim günü müddətinə birdəfəlik giriş hüququ verir. Sistemimizdə istifadəçilərin bank kartı məlumatları saxlanılmır və heç bir halda hər ay avtomatik pul çıxılması (təkrarlanan / recurrent ödəniş) tətbiq edilmir. Kartınızdan avtomatik çıxılma yoxdur.
Satın alınmış 30 günlük dövr başa çatdıqda xidmətə giriş avtomatik olaraq tamamlanır. Növbəti ay üçün heç bir vəsait tutulmadığı üçün istifadəçinin xüsusi olaraq abunəliyi «ləğv etməsinə» və ya bildiriş göndərməsinə ehtiyac yoxdur. Platformadan istifadəyə davam etmək istəyən istifadəçi yalnız öz təşəbbüsü ilə yeni paket seçərək ödəniş edə bilər.
Əgər istifadəçi ödədiyi xidmətdən 30 günlük dövr ərzində imtina etmək və ödənişini geri almaq istəyirsə, bu müraciət platformanın «Ödənişlərin Geri Qaytarılması Siyasəti»nə (Refund Policy) uyğun olaraq (istifadə edilməmiş paketlər üçün 14 gün ərzində tam qaytarma hüququ ilə) rəsmi e-poçt ünvanımız vasitəsilə həyata keçirilir.
Son yenilənmə tarixi: Oktyabr 2026