Son yenilənmə: 05 Oktyabr 2026
Bu Ödənişlərin Geri Qaytarılması Siyasəti Online Test platformasında təqdim olunan rəqəmsal sınaqlar, imtahan paketləri və abunəlik xidmətləri üçün həyata keçirilən ödənişlərin geri qaytarılması qaydalarını müəyyən edir.
Online Test — Fərdi sahibkar Xıdırbəyli Vüqar Cavid oğlu
Fuad İbrahimbəyov küçəsi 9A, Bakı, Azərbaycan
Telefon: 050 325 82 22
VÖEN: 1008448912
E-poçt: info@onlinetest.az
Online Test internet üzərindən rəqəmsal formada sınaq imtahanları, mövzu testləri, qiymətləndirmə və abunəlik əsaslı digər rəqəmsal xidmətlər təqdim edir.
Xidmətlər fiziki məhsul formasında təqdim edilmir.
Ödəniş uğurla təsdiqləndikdən sonra seçilmiş xidmət istifadəçinin hesabında aktivləşdirilir.
Ödəniş uğurla həyata keçirildiyi halda satın alınmış xidmət istifadəçinin hesabında aktivləşməyibsə və ya Online Test platformasında yaranmış texniki problem səbəbindən xidmətə çıxış mümkün olmayıbsa, istifadəçi dəstək xidmətinə müraciət edə bilər.
Texniki problem Online Test tərəfindən təsdiqləndikdən sonra:
təmin edilə bilər.
Eyni xidmət üçün texniki və ya əməliyyat səbəbindən bir neçə dəfə ödəniş həyata keçirilibsə, təkrar ödənişin geri qaytarılması üçün müraciət edilə bilər.
Ödəniş qəbul edildiyi halda seçilmiş xidmət Online Test tərəfindən təqdim edilməyibsə və problem məqbul müddətdə aradan qaldırılmırsa, istifadəçi ödənişin geri qaytarılması üçün müraciət edə bilər.
Online Test-də sınaq və digər rəqəmsal xidmətlər hesab aktivləşdirildikdən və istifadəçi tərəfindən faktiki istifadə edildikdən sonra həmin xidmət üçün ödənişin geri qaytarılması məhdudlaşdırıla bilər.
Xüsusilə:
geri qaytarma məsələsi xidmətin istifadə səviyyəsi, konkret hal və tətbiq olunan qanunvericilik nəzərə alınmaqla qiymətləndirilir.
Satın alınmış sınaq və abunəlik paketləri 30 təqvim günü müddətində aktiv qalır. Müddət başa çatdıqda xidmət avtomatik olaraq bitir və kartdan heç bir əlavə ödəniş tutulmur. Avtomatik çıxılma yoxdur.
İstifadəçinin 30 günlük müddət bitməzdən əvvəl xidmətdən erkən imtina etməsi və ödənişin geri qaytarılması bu Siyasətin 2-ci və 6-cı bəndlərində nəzərdə tutulmuş qaydalarla tənzimlənir.
Xidmətdən istifadəyə davam etmək istəyən istifadəçi 30 gün bitdikdən sonra yalnız öz təşəbbüsü ilə yeni ödəniş edə bilər.
Bu Siyasət Azərbaycan Respublikasının qanunvericiliyi ilə istehlakçıya verilən hüquqları məhdudlaşdırmır.
Elektron ticarət zamanı istehlakçıların müqavilədən imtina ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqları və həmin hüquqlara tətbiq edilən istisnalar qorunur.
İstifadəçi heç bir sınaq imtahanına başlamayıbsa və xidmətdən faktiki istifadə etməyibsə, ödəniş tarixindən etibarən 14 (on dörd) təqvim günü ərzində heç bir əlavə cərimə tutulmadan ödənişin 100% tam geri qaytarılmasını tələb edə bilər.
Refund müraciəti rəsmi dəstək ünvanımıza (info@onlinetest.az) göndərilməlidir və müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir:
Rəsmi qaydada daxil olmuş geri qaytarma müraciətləri ən geci 5 (beş) iş günü ərzində araşdırılır və istifadəçiyə rəsmi yazılı qərar bildirilir.
Xidmətin faktiki istifadə səviyyəsi sistem qeydləri (loqlar) əsasında yoxlanılır və qanunvericiliyə uyğun qiymətləndirilir.
Geri qaytarma müraciəti təsdiq edildikdən sonra, əməliyyat ən geci 3 (üç) iş günü ərzində tərəfdaş bankın ticarətçi portalı vasitəsilə icraya yönləndirilir.
Məbləğin istifadəçinin bank kartı balansında əks olunması Online Test-dən deyil, ödənişi qəbul edən və emitent bankın daxili qaydalarından asılı olaraq 3–14 iş günü çəkə bilər.
Hər bir uğurlu ödənişdən sonra rəsmi elektron qəbz şəxsi kabinetdə əks olunur və istifadəçi tərəfindən saxlanıla bilər.
Geri qaytarma və ödənişlərlə bağlı müraciətlər üçün:
Fərdi sahibkar Xıdırbəyli Vüqar Cavid oğlu
Fuad İbrahimbəyov küçəsi 9A, Bakı, Azərbaycan
Telefon: 050 325 82 22
E-poçt: info@onlinetest.az